“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir.
Fonddan Bizim.Media-ya verilən məlumata görə, daha bir şəhidin yeni doğulan övladının, şəhidimiz Mahmud Əhmədovun övladı Mələyin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
Bu məqsədlə 1000 manat anaya təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 manatlıq hesab açılacaq.
Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək.
Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:19 / 19.02.2021
Şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq - FOTO
Hazırda oxunan: Şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq - FOTO
Hazırda oxunan: Şəhidin yeni doğulan körpəsinin adına 5000 manatlıq hesab açılacaq - FOTO
12376
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.