Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır? – SİYAHI  

Hazırda oxunan: Azərbaycanda ən populyar sosial şəbəkələr hansılardır? – SİYAHI  

123744

2023-cü ilin fevral ayında Facebook sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinin aktivliyi yanvar ayı ilə müqayisədə 1,03 faiz azalaraq 28,54 faizə düşüb. 

Bizim.Media bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir. 

Bu göstəriciyə görə, ikinci yerdə “Instagram” dayanır. Onun payı 1,35 faiz artaraq 24,48 faizə çatıb. Üçüncü yerdə 23,49 faizlə YouTube gəlir (2,01 faiz artım). 

Bu göstəriciyə görə dördüncü yerdə “Pinterest” sosial şəbəkəsi gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,52 faiz azalaraq 12,95 faizə düşüb. 

“Twitter” media paltforması 7,73 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yer tutub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin