Gəncədə avtomobil 21 yaşlı piyadanı vuraraq həyatına son qoyub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Haclbəyli prospektində baş verib.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb.
İlkin məlumata görə, piyadanı vuran avtomobil hadisə yerinədən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu