“Ermənilər Baydenə göstəriş verə bilirlər” - Metyu Brayza müraciətin detallarını açıqladı 

Hazırda oxunan: “Ermənilər Baydenə göstəriş verə bilirlər” - Metyu Brayza müraciətin detallarını açıqladı 

12361

“Düşünürəm ki, burada əsas səbəblərdən biri ABŞ - da olan erməni lobbisinin təzyiqləridir. Sözsüz ki Bayden hər zaman erməniləri dəstəkləyib, çünki erməni lobbisi onun seçilməsinə böyük dəstək verib. Ermənilər nüfuzlarından istifadə edib administrasiyaya göstəriş verə bilirlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyü Brayza ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhinə prezident Co Baydenə ünvanladığı müraciətinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: "... Qarabağı “Artsax” adlandırması da buna əyani sübutdur" – ÖZƏL MÜSAHİBƏ - VİDEO


Onun sözlərinə görə Trampın hakimiyyəti dövründə  ABŞ - dakı hər iki partiyada həm Demokratlar, həm də Respublikaçılarda Türkiyənin özünü NATO-nun müttəfiqi kimi aparmadığını və öz qaydaları ilə hərəkət etdiyi haqqında fikir formalaşıb.

“Gördüyümüz kimi Rusiyadan S 400 raketlərin aldıqdan sonra Türkiyə ABŞ tərəfindən sanksiya məruz qaldı. Bu Rusiya ilə Türkiyə arasında böyük bir saziş idi və ABŞ özünü kənarda qalan kimi hiss etdi. Türkiyə Rusiya ilə tərəfdaşlıq etdi. Türkiyə belə düşünməsə də ABŞ hakimiyyəti bunu özünə qarşı böyük təhlükə sayır. Bir tərəfdən də Türkiyənin Yaxın Şərqdə apardığı hərbi əməliyyatlar ABŞ-ın xoşuna gəlmir”.

Söhbət əsnasında politoloq Türkiyənin Suriyaya qoşun yeritməsinə ABŞ-da bəzi qüvvələr qarşı olduğunu da vurğulayıb.

O bildirib ki, buna baxmayaraq Tramp Türkiyəyə öz sərhədlərini qorumaq üçün Suriyaya daxil olmağa izn verdi. 

“Tramp administrasiyası dəfələrlə bu qüvvələrin etirazına əhəmiyyət verməyib və Türkiyəni müdafiə etməyə çalışıb.  Bundan başqa Tramp PKK və YPG terror təşkilatlarının Türkiyə və İraq ərazisində öz dövlətlərini yaratmaq istədikləri üçün  onlara qarşı başlatdığı əməliyyatlara da icazə verib. Türkiyənin Liviyaya hərbi qüvvə yollaması da ABŞ da bəzi qüvvələr tərəfindən qəbul edilmirdi. Bu da hazırda ABŞ- ın Türkiyəyə qarşı qara piyarında rol oynayır”.

M.Brayzə onu da qeyd edib ki, ABŞ öz milli maraqlarını müdafiə etmək istəyir, Türkiyə isə güclü bir dövlət kimi öz qaydaları ilə hərəkət etməyi seçir. 

“Bu da ABŞ - ın xoşuna gəlmir və ortaya bü cür sanksiyalar və etirazlar çıxır. Zənnimcə, bu narazılıqlar erməni lobbisinin başlatdığı kampaniya nəticəsində Qarabağ münaqişəsində daha qabarıq şəkildə özünü biruzə verərək konqresmenlərin prezident Baydenə bu cür məktubla müraciət etməklərinə səbəb olub”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin