İranın Kərəc şəhərində dünən axşam saatlarında Kərəcin Şahin Villa bölgəsində yerləşən Texniki-Peşə Universitetinin qızlar yataqxanası zəhərli qazla hücuma məruz qalıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Videogörüntülərdə yanğınsöndürənlərin və təcili yardımın yataqxanaya gəldiyini, bəzi tələbələrin zəhərlənmə və boğulma əlamətləri ilə xəstəxanaya aparıldığını göstərir.
Məlumatlara görə, bu hücum yataqxananın damından baş verib.
Qeyd edək ki, İranda tələbələrin zəncirvari zəhərlənməsi hallarının davam etməsi geniş reaksiyalara səbəb olub.
İranın müxtəlif şəhərlərindəki məktəb və universitetləri əhatə edən bu hücumların başlanmasından üç ay keçməsinə baxmayaraq, İslam Respublikasının rəsmiləri hücumların icraçıları və səbəbləri barədə “heç bir ipucu” əldə edilmədiyini iddia edirlər.
Bizim.Media