“Azərikimya” zavodunda nöqsanlar AŞKARLANDI - VİDEO

Hazırda oxunan: “Azərikimya” zavodunda nöqsanlar AŞKARLANDI - VİDEO

123528

“Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunda nöqsanlar aşkarlanıb. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86 ünvanında yerləşən “Azərikimya” İstehsalat Birliyinə məxsus Etilen-Polietilen zavodunun 01 saylı piroliz sahəsində plan üzrə yoxlama aparılıb. 

Yoxlama zamanı zavodda insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək ciddi pozuntular aşkar edilib.

Belə ki, piroliz sahəsində istismar edilən F10 A/B buxar qızdırıcısının bloklayıcı və mühafizə sistemlərinin, habelə idarəetmə dolabının ləğv edildiyi müəyyən edilib. 

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, buxar qızdırıcısının istismarı dayandırılıb. 

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Azərikimya” İB qarşısında məsələ qaldırılıb, F10 A/B buxar qızdırıcısının müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən İB-nin rəhbərliyinə izah olunub. 
Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün zavod rəhbərliyinə təqdim edilib.
 















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin