Həftələr əvvəl Xalq artisti Naibə Allahverdiyeva əməliyyat olunub.
Sənətkar Bizim.Media-nın əməkdaşı ilə söhbətində sinəsindən əməliyyat olunduğunu açıqlamışdı.
Bizim.Media xəbər verir ki, aktrisa qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində əməliyyatından söz açıb.
Allahverdiyeva bildirib ki, sinəsinin ölçüsünü bir neçə dəfə kiçildib. Bununla yanaşı verilişin aparıcısı Elgiz Əkbər deyib ki, xanım sənətkarın əməliyyat zamanı sinəsində şiş aşkar olunub. Cərrahi müdaxilə zamanı aktrisanın bu problemi də aradan qaldırılıb.
Əməliyyatdan sonra özünü yaxşı hiss etdirdiyini söyləyən N.Allahvediyeva onkoloji problemdən azad olunduğu üçün həkiminə təşəkkürünü bildirib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:27 / 02.03.2023
Əməliyyat zamanı Xalq artistinin sinəsində şiş aşkarlanıbmış - VİDEO
Hazırda oxunan: Əməliyyat zamanı Xalq artistinin sinəsində şiş aşkarlanıbmış - VİDEO
Hazırda oxunan: Əməliyyat zamanı Xalq artistinin sinəsində şiş aşkarlanıbmış - VİDEO
123349
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.