Ölüm hadisəsi bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. 
Bizim.Media-nın yerli bürosu Mərkəzi Xəstəxanaya istinadən bildirir ki, rayonun Aşağı Tala kənd sakini, üç aylıq körpə Rəfail Rəşidov yaxınları vasitəsilə xəstəxanaya çatdırılıb. 
Körpənin vəziyyəti ağır olub. Həkimlər lazım olan tibbi müdaxilələri icra edib. Lakin Rəfail Rəşidov bir qədər sonra keçinib. 
Məlum olub ki, körpə bir müddət əvvəl Bakıdakı xəstəxanalardan birində müalicə və mayinə olunub. Həmçinin, onun üzərində cərrahi əməliyyat keçirilib. 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
- A
- A+
Cəmiyyət
							10:34 / 02.03.2023
							
						Zaqatalada üç aylıq KÖRPƏ ÖLÜB
						
							
								Hazırda oxunan: Zaqatalada üç aylıq KÖRPƏ ÖLÜB 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Zaqatalada üç aylıq KÖRPƏ ÖLÜB 							
						123330
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































