"Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun yarımfinalında "Barselona" ilə keçirəcəkləri ilk matç barədə danışıb.
Bizim.Media "Marca"ya istinadən xəbər verir ki, mütəxəssis cavab oyununa üstün yollanmaq istədiklərini deyib:
“Belə bir matçın təzyiqinə tab gətirmək cəsarət və xarakter tələb edir. Həmişə olduğu kimi, belə oyunlarda iştirak etməyi çox istəyirəm.
Finala yaxınıq, əlimizdən gələni etməyə çalışacağıq. Biz hər şeyi təhlil etmişik. Superkubok oyununda bizdə təzyiq və fədakarlıq çatışmırdı. Üstəlik, bir daha təkrarlanmayacaq səhvlər etdik. Bu, ilk oyundur, həlledici matç deyil, amma üstünlük əldə etmək istəyirik. Superkubokdakı məğlubiyyətin qisasını almaq fikrimiz yoxdur. Amma hər iki komanda kuboka yaxın olduğuna görə hərarət yüksəlir".
Qeyd edək ki, "Real" yanvar ayında İspaniya Superkubokunda "Barselona"ya 1:3 hesabı ilə uduzub.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:24 / 02.03.2023
Ançelotti: "Barselona"dan qisas almaq fikrimiz yoxdur"
Hazırda oxunan: Ançelotti: "Barselona"dan qisas almaq fikrimiz yoxdur"
Hazırda oxunan: Ançelotti: "Barselona"dan qisas almaq fikrimiz yoxdur"
123288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.