“Laçın yolundakı aksiya 2025-ci ilə qədər davam edə bilər” – Fərhad Məmmədov

Hazırda oxunan: “Laçın yolundakı aksiya 2025-ci ilə qədər davam edə bilər” – Fərhad Məmmədov

123231

Qarabağdakı "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına qarşı Azərbaycan ekofəallarının Laçın-Xankəndi yolunda başladıqları etiraz aksiyasından 80-ci gün keçir. Bu gün artıq 81-ci gündür.

Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət həmin sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. 

Buna cavab olaraq Azərbaycanın bir qrup ekofəalları, QHT təmsilçiləri keçən ilin dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiyaya start veriblər. 

Ermənistan və onun havadarları bu aksiyanı Xankəndidəki ermənilərin guya blokadaya alınması kimi yozur. Halbuki, etirazların başladığı vaxtdan bu günə qədər aksiyaçılar heç bir dinc erməninin Xankəndiyə gediş-gəlişinə maneə yaratmayıb. Əksinə, aksiyaçılar dinc erməni sakinlərin gündəlik yaşamında hər hansı məhdudiyyətin yaranmamasına xüsusi həssaslıqla yanaşırlar.Ermənistandan Xankəndiyə dərman preparatları, tibbi ləvazimat, ərzaq məhsulları daşıyan avtomobillərin hərəkətinə heç bir maneə yaradılmayıb. Aksiyanın keçirilməsində məqsəd yalnız separatçıların, qanunsuz erməni hərbi dəstələrinin Laçın yolundan istifadəsinin qarşısını almaq, ekoloji terroru dayandırmaqdan ibarətdir.

Bizim.Media-ya açıqlama verən siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, 80 günlük mübarizə nəticəsində Azərbaycan prinsipial mövqe sərgilədiyini bütün dünya qarşısında ortaya qoydu:

“Aksiyanın keçirildiyi 80 gün ərzində Azərbacanın prinsipiallığı nümayiş olundu. Müharibədən sonra keçən iki il ərzində yığılıb qalan demək olar ki, bütün məsələlər öz həllini tapmadı. Amma keçirilən aksiya fonunda ərazidə həyata keçirilən qanunsuz iqtisadi fəaliyyət, Qarabağ separatçıların silahlandırılmasının davam etdirilməsi, üçüncü dövlətlərin vətəndaşları, siyasətçilərinin sərbəst şəkildə qanunsuz olaraq əraziyə gediş-gəlişi dayandırıldı.
Yəni bütün qanunsuz fəaliyyətlərin dayandırılmasına nail olduq. Artıq Qarabağ ermənilərinin fəaliyyətinin müəyyən dərəcədə reqlamentləşdirilməsi başlayıb. Artıq hamı, Qərb, Rusiya, Ermənistanın özü də anlayıb ki, 12 dekabrdan öncəki vəziyyət daha bərpa olunmayacaq. Bu aksiyanın keçirilməsindən sonra əldə olunan ən əsas nailiyyətidir. Aksiya öz məqsədinə çatacaq, Qanunsuz fəaliyyətlərin qarşısı alınacaq. Eyni zamanda, sözügedən yolda Azərbaycanın iştirakı ilə nəzarət mexanizmi formalaşacaq”. 

Həmsöhbətimizin fikrincə, aksiya illərlə davam edə bilər:

“O mənada ki, azı 2025-ci ilə qədər davam edə bilər. Tələblər var və onlar yerinə yetirilənə qədər aksiya davam edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin