Özbəkistanla Azərbaycan arasındakı ticarət dövriyyəsi son 3 ildə 2 dəfə artıb - TƏHLİL

Hazırda oxunan: Özbəkistanla Azərbaycan arasındakı ticarət dövriyyəsi son 3 ildə 2 dəfə artıb - TƏHLİL

123219

Xəbər verdiyimiz kimi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana işgüzar səfər edəcək. Ş.Mirziyoyev səfər çərçivəsində Azərbaycanda bir sıra görüşlər keçirəcək və Qoşulmama Hərəkatının sammitinin plenar iclasında iştirakı edəcək.

Qeyd edək ki, Özbəkistan-Azərbaycan münasibətləri son illər yeni müstəvidə daha sürətlə inkişaf edir. Hər iki ölkənin liderlərinin qarşılıqlı səfərləri və bu təmasların nəticəsi olaraq iqtisadi və mədəni əlaqələr daha da dərinləşir.

Gözlənilən səfəri Bizim.Media-ya şərh edən Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, son illər tərəflər arasında strateji münasibətlərin daha dərinləşməsi müşahidə olunur:

“2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 64.0 faiz artaraq 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək yüksəlib. 2020-ci il ilə müqayisədə isə ticarət dövriyyəmiz 2 dəfədən çox artıb.
Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın digər, çox fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb”.

Millət vəkili başqa bir məqama da toxunub:

“Özbəkistan müasir standartlara uyğun olaraq Füzuli şəhərində orta məktəb inşaatını tamamlamaq üzrədir. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir. Bu baxımdan, Özbəkistan Prezidentinin Azərbaycana səfəri də münasibətlərimizin daha da dərinləşməsinə töhvə verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin