Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti martın 2 -si səhərədək fasilələrlə müşahidə olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Hidrometeoroloji Proqnozlar Bürosu yayıb.
Mənbə yazır ki, dumanlı hava şəraitinə səbəb Xəzər dənizindən cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin quruya doğru hərəkət etməsidir:
“Yüksək təzyiq sahəsində yer səthində gündüz saatlarında havanın temperaturunun yüksək olması nəticəsində atmosferin aşağı qatlarında olan isti hava axını yuxarıya doğru hərəkət edir.
Gecə saatlarında da temperaturun nisbətən aşağı olması, yer səthində və yuxarı hündürlüklərdə az sürətli cənub-şərq küləklərinin üstünlüyü dumanın əmələ gəlməsinə səbəb olub”.
Xatırladaq ki, Bakı, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Şabran, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astarada dumanlı hava şəraiti müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.
Fevralda dumanlı günlər Abşeron yarımadasında 2012, 2013, 2014, 2015, 2016, 2018, 2019, 2020, 2021, 2022-ci illərdə qeydə alınıb.
Bu ilin fevral ayında Bakı şəhəri və onun ətrafında, əvvəlki illərdən fərqli olaraq 3 gün ərzində davamlı qatı duman müşahidə edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 01.03.2023
Bakı və Abşeronda dumanlı hava şəraiti martın 2-dək davam edəcək
Hazırda oxunan: Bakı və Abşeronda dumanlı hava şəraiti martın 2-dək davam edəcək
Hazırda oxunan: Bakı və Abşeronda dumanlı hava şəraiti martın 2-dək davam edəcək
123165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.