FİFA-nın ən yaxşıları mərasiminin xüsusi qonaqlarından olan Əli Dayi "İlin Ədalətli Matçı" mükafatını Luka Lokoşviliyə təqdim edib.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə Fransa-Ukrayna oyununda rəqib komandanın müdafiəçisinin huşunu itirərək təcili yardıma ehtiyacı olduğunu görən Luka Lokoşvili oyunu dayandırıb.
Beləliklə, Lukanın bu addımı onu “The Best” mükafatlarından birinə layiq edib.
Qeyd edək ki, italiyalı müdafiəçi Luka Lokoşvili videobağlantı ilə mərasimə qatılıb.
Bizim.Media