Vətən müharibəsindən sonra mina və partlayıcı sursatdan ölən və xəsarət alanların sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, ANAMA sədri Vüqar Süleymanov Ağdamda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib ki, 2020-ci ilin 10 noyabr tarixindən bu günədək 282 nəfər minaların qurbanı olub.
O qeyd edib ki, mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər isə həlak olub.
Bizim.Media