Türkiyənin Kosmik Agentliyinin rəhbəri "Azərkosmos"da olub - FOTO

Hazırda oxunan: Türkiyənin Kosmik Agentliyinin rəhbəri "Azərkosmos"da olub - FOTO

12303

Azərbaycanda səfərdə olan Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində (ASC) olub.

Bizim.Media xəbər verir ki,  səfər çərçivəsində Sərdar Hüseyin Yıldırım “Azərkosmos”un nümayəndə heyəti ilə görüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Türkiyə arasında 11 saziş imzalandı


Görüş zamanı qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verilib.

Görüş əsnasında Türkiyənin Kosmik Agentliyi tərəfindən Türkiyənin Milli Kosmik Proqramının strateji hədəfləri, o cümlədən yerli kosmik uçuş aparatlarının istehsalı, 2023-cü ildə Aya eniş planı və 2028-ci ildə ilk Türkiyə vətəndaşının kosmosa göndəriləcəyi qeyd olunub.

2018-ci ilin dekabrında qurulan Türkiyə Kosmik Agentliyi Türkiyədə kosmik sahədə fəaliyyət göstərən bütün şirkətləri özündə birləşdirir.

İlk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyinin prezidenti kosmik sahədə qardaş ölkə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin