Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu söyləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında deyib.
“Brüsseldən səslənən elanları detalları şərh edə bilmərik. Biz Avropa İttifaqının Ermənistan və Azərbaycanla olan münasibətlərindən necə sui-istifadə etdiyini görürük.
O cümlədən, Ermənistanda yerləşdirilən Avropa İttifaqı missiyasının legitimlik nöqteyi-nəzərindən ciddi şübhə doğurduğunu görürük. O cümlədən, onun funksiyası, mandatı, onun müddəti, bu missiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına göstərilən səylərə əlavə dəyər qatacağı çoxlu suallar doğurur.
Lakin kimlərlə əməkdaşlıq edib-etməmək tərəflərin suveren seçimidir. Biz, həm bugünkü danışıqlarda, həm də dünən Prezident İlham Əliyevlə danışıqlarda vurğuladıq ki, bütün fəaliyyətlərimizdə başlıca prinsip olan “ziyan vurmamaq”, “yardım” prinsipini rəhbər tuturuq”, - Rusiya XİN başçısı qeyd edib.
Lavrov regiondan kənar oyunçuların nəyinsə xeyrinə deyil, kiminsə əksinə işləmək istədiklərini qeyd edib:
“Biz bunu görürük. Əminəm ki, prosesə birbaşa cəlb olunan tərəflər də görür”, - o, əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:05 / 28.02.2023
Aİ-nin Ermənistandakı missiyasının legitimliyi şübhə altındadır – Lavrov
Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyasının legitimliyi şübhə altındadır – Lavrov
Hazırda oxunan: Aİ-nin Ermənistandakı missiyasının legitimliyi şübhə altındadır – Lavrov
123019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.