Təqribən gecə saat ikidir. Həkimlər səhra hospitalının çadırında gündüz keçən ağır iş gününün yorğunluğunu çıxarır. Sonuncu xəstə təxminən saat 12 radələrində yola salınıb. Kimisi çay içir, kimisi telefonda yerli medianın yayımları ilə maraqlanır və xəbərləri bölüşür...
Kahramanmaraşın özünə məxsus iqlimi var. Gündüzün qovrucu istisindən gecə heç bir əlamət qalmır. Titrədən soyuq ta çadırda qurulan odun sobasının manqalına qədər gəlir. Birdən çadır qapı aralanır. Bir nəfər ağır xəstə gətirildiyini deyir.
Elgün Abışov qurtumladığı çayını masanın üstünə qoyub çadıra doğru gedir. Biraz sonra geri dönüb, cərrah Zaur Şiriyevə yaxınlaşır:
“Həkim, xəstənin büzdüm nahiyəsində kəskin ağrı, şişkinlik və qanlı ifrazatın gəlməsi var. Əməliyyat olunmalıdır, ağrıları dözülməzdir”.
MÖVZU İLƏ BAĞLI:
“Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ
Zaur Şiriyev ayağa qalxıb səhra hospitalının əməliyyat otağına doğru gedir. Biraz sonra əməliyyat başlayır.
Xəstənin adı Məhəmməddir. Hataylıdır və onun 27 yaşı var. Düzü səhra şəraitində tibbi əməliyyat görmədiyim üçün lentə almaq qərarına gəldim. Ancaq həmin anlara qədər işin necə məhsuliyyətli və həyacanlı olduğunu bilmirdim. Həkimlər bütün hazırlıqları görüb işə başlayır. Hər şey qaydasında davam edir demək olardı. Ancaq birdən xəstənin təzyiqi düşməyə başlayır. Sonuncu göstərici 70/30 mm c.süt. PS 30-40 dəq/vurğu. Həkimlərinlərin göstərici cihaza baxıb dərhal əlavə təcili müdaxilədən sonra xəstə normallaşdı və əməliyyat davam etdi.
Təxminən 35 dəqiqə sürən əməliyyat uğurla sonlandırılır. Qəfil təzyiqin düşməsi, həkimlərin tələsik çabalarını görmək, necə deyərlər insanı o dünyaya aparıb gətirir.
Əməliyyat sonunda isə onların gülüşü, xəstə özünə gələnə qədər gözləyib onunla qürurla söhbət etmələri ağır döyüş tapşırığını yerinə yetirmiş əsgərin xoşbəxt mimikasını xatırladır. Həqiqətən hər bir əməliyyat çox böyük bir döyüş tapşırığıdır.
Onlarla birgə çadıra qayıdırıq. Zaur həkim kifesini təzələsə də, Elgün Abışov su tərcih edir. Artıq dördün tamamına çox az qalıb, lakin xəstədən tam əmin olmaq üçün gözləməli olurlar. Bir sözlə onlar, sanki yuxularını da şəfalı əlləri ilə öz xəstələrinə verirlər.
Bu danışdıqlarımız isə FHN Kahramanmaraş şəhərində qurduğu səhra hospitalında yaşanan cəmi bir gündür. Gələcək və görəcək günlər isə hələ qarşıdadır...
Elgün Gəncimsoy, Bizim.media, Türkiyə, Kahramanmaraş.