Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika və digər əcnəbi vətəndaşlara terror və insan oğurluğu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Bizim.Media ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir ki, səfirlik vətəndaşlarını otel və bu kimi ərazilərdən uzaq durmağa çağırıb.
Həmçinin görüləcək önəmli təlimatları nəzərə çatdırıb:
Diqqətli və sayıq olun!
Kütləvi yerlərdən uzaq durun!
Əcnəbilərin sıx olduğu yerlərdə ayıq-sayıq olun!
Yeniliklərdən xəbərdar olmaq üçün yerli medianı izləyin
Bizim.Media