İlon Mask yenidən dünyanın ən varlı insanı oldu

Hazırda oxunan: İlon Mask yenidən dünyanın ən varlı insanı oldu

122978

“Tesla” və “SpaceX” kompaniyalarının, həmçinin tviter sosial şəbəkəsinin sahibi İlon Mask yenidən dünyanın ən varlı insanı olub.

Bizim.Media Bloomberg agentliyinə istinadən xəbər verir ki, İlon Mask reytinqin ilk pilləsində müvəqqəti qərarlaşan LVMH (Louis Vuitton Moet Hennessy) kompaniyalar qrupunun prezidenti Bernar Arnonu qabaqlayaraq dünyanın ən varlı insanı titulunu özünə qaytarıb.

Cari ildə “Tesla Inc” aksiyalarının 70 faiz bahalaşması amerikalı sahibkarın varidatının artmasına səbəb olub. Kompaniya, həmçinin bəzi modellərin qiymətinin ucuzlaşması səbəbindən elektromobillərə tələbatın artmasından da qazanclı çıxıb.

Bloomberg agentliyinin reytinqinə əsasən, İlon Maskın varidatı 187,1 milyard dollar həcmində qiymətləndirilir. Onun ən yaxın izləyicisi Bernar Arnonun vəsaiti 185,3 milyard dollardır.
İlon Mask kapitalı 200 milyard dolları keçən ilk şəxs kimi tarixə düşüb. Amerikalı milyarder ötən ilin avqustundan dekabr ayına qədər “Tesla” kompaniyasının 11,6 milyon aksiyasını adları açıqlanmayan xeyriyyə təşkilatlarına verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin