Kahramanmaraşda Xocalı Parkında qurulan çadırlardan REPORTAJ

Hazırda oxunan: Kahramanmaraşda Xocalı Parkında qurulan çadırlardan REPORTAJ

122972

“Yardım edin, imadad qışqırırlar heç vaxt qulağımdan getməyəcək. Çox bərk yağış yağırdı. Sanki kimsə göydən qabla su tökürdü. Eyni zaman da fırtına da var idi. Əynimizdə heç nə yoxuydu. Havanın soyuq olmağı işimizi daha da çətinləşdirdi. Zəlzələ hadisəsi həyatımda silinməz iz buraxdı". 

Həmin mühdiş anlarda yaşadıqlarını Bizim.Media-ya danışan Leyla Alma bildirir ki, işdən yeni gəlmişdim, təxminən iki saat yatmışdım zəlzələ oldu:
 

MÖVZU İLƏ BAĞLI:

“Zəlzələdən 2 gün sonra daha bir quş çadırımıza yaxınlaşdı” – 14 yaşlı Leylanın HEKAYƏSİ


“İlk mən hiss etdim. Anamgili çağırdım, Ana, durun zəlzələ olur, dedim. Həmin an yer beşik kimi yellənirdi. Hər yer qaranlıq idi. İşıqlar yox idi. Hər yeri şimşək işığı ilə görə bilirdik. Aşağı necə etdiyimizi bilmirəm. Ətrafımızda iki ev uçdu. Ordan yardım çağırışlarını eşitdik. Xalamgilllə bir küçədə qalırıq. Onların yanına qaçdıq. Onlara bir şey oldumu deyə narahat oldum. Allaha çox şükür heç kimə bir şey olmadı. O tərəfdə də evlər uçmuşdu. Orada da insanların yardım çağırışlarını eşidirdik. Orada qərar verdik ki, nənəmgilə gedək. Qaça-qaça ora getdik. Heç vaxt unuda bilməyəcəyim bir hadisə yaşadım”.

Leylanın 22 yaşı var. O, Kahramanmaraşda yerləşən restoranların birində ofisiant işləyir. Evlərini tərk edəndən sonra Xocalı parkında çadırda yaşayırlar. Özü də üç ailə bir çadırda...

Kiçik çadırda qalan üç ailənin 10 nəfər üzvü var. Onların ən kiçiyi iki yaşlı qızcığazdır... Digər çadırlardan fərqli olaraq Leylagilin çadırında qaz balonu və yemək çay hazırlamaq üçün qab-qacaq var. Ona görə də onların çadırına çox adam gəlir. Ümumiyyətlə Xocalı parkında yerləşən çadır düşərgəsində hər çadırda ən azı iki ailə yaşayır. 

Burada qalanların çoxu Suriyalılardır. 

Leylanın qohumu Hüsnə Sara deyir ki, burada irq fərqi yoxdur. Yaranmış vəziyyətdən çıxmaq üçün keçinib gedirlər: 

"Çox çətindir. Suya ehtiyacımız olur. Şəhər rəsmiləri bildiriş verib ki, içməli sulardan istifadə etməyək. Ona görə də qablaşdırılmış sudan istifadə edirik. O da biraz çətin tapılır. Hər şeyə qənaət etmək burada yaşamağın ən başlıca şərtidir. Gündə iki dəfə yemək verilir. Səhər yeməyini isə özümüz alırıq. Nə etmək olar, burada hamı eyni çətinliyi yaşayır. Dövlətimiz var olsun". 

Hazırda Kahramanmaraşda yanaşmaq üçün sözün əsl mənasında mübarizə aparmaq lazımdır. Çünki zəlzələdən sonra müəyyən keçici xəstəliklər baş qaldırmağa başlayıb.

Ona görə də şəhər rəsmiləri tez-tez insanlara xəbərdarlıq edir, onları mümkün olduğu qədər qorunmağın yollarını göstərir. Lazım olmadığı müddətcə çadırlardan çıxmamağı məsləhət görür. 















Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin