Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycanlı iş adamları bu baxımdan Qafqaz və Mərkəzi Asiya ölkələrindən olan iş adamları arasında liderdir.
Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Forumunda bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Əli Əsədovu qəbul etdi
“Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verilib.
İki ölkə arasında ticarət dövriyyəsinin, sərmayə qoyuluşunun, turist səfərlərinin artmasına, xalqların bir-biri ilə daha da yaxınlaşmasına imkan yaranacaq”, - nazir qeyd edib.
Bizim.Media