“Neftçi” zədəli futbolçusu ilə bağlı açıqlama yaydı

Hazırda oxunan: “Neftçi” zədəli futbolçusu ilə bağlı açıqlama yaydı

122969

Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 27-də “Azərsun Arena”da keçirilən “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Ataa Caber müayinədən keçib.

Bizim.Media xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bunları bildirib.

“Ataa Caber oyun zamanı diz qapağından aşağı 3-4 sm uzunluğunda deşilmiş yara ilə əlaqədar klinikaya yerləşdirildi.

İlkin müayinədən sonra sümüklərinin tamlığının pozulmadığı müəyyənləşdi, vətərlərinin də tamlığında ciddi problem yoxdur. Cərrahi işlənilərək xəstəyə elastik bandajla sıxıcı sarğı qoyuldu və o, evə buraxıldı. Sonrakı müayinələr üçün futbolçuya təkrar baxılacaq. Yəqin ki, 10 gündən sonra tikişləri söküləcək, daha sonra isə fərdi hərəkətlərə başlayacaq”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin