Zəngəzur dəhlizi boyu 12 körpünün tikintisi başa ÇATDI

Hazırda oxunan: Zəngəzur dəhlizi boyu 12 körpünün tikintisi başa ÇATDI

122954

"Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) Cəbrayıl və Zəngilan rayonlarında tikintisi yekunlaşıb". 

Bizim.Media xəbər verir ki, bunu Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yoluna mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə rəisi İlham Məmmədov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, hazırda yolun digər ərazilərinin tikintisi davam etdirilir.

"Yol boyu 27 körpü nəzərdə tutulur ki, onun hazırda 12-nin tikintisi başa çatıb, daha 12 körpü isə tikilməkdədir. Yaxın vaxtlarda yolda olan daha 3 körpünün inşasına başlanacaq", - deyə İ.Məmmədov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin