Sumqayıt hadisələrindən 35 il ötür – FOTO

Hazırda oxunan: Sumqayıt hadisələrindən 35 il ötür – FOTO

122917

Bu gün Sumqayıt hadisələrindən 35 il ötür. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatlardan biri olub. 

Bizim.Media xatırladır ki, ölkəmizə qarşı məkrli planlar quran, azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti aparan erməni millətçiləri həmin gün daha bir təxribata əl atıblar. 

Məqsəd isə dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq idi.

Bu qanlı ssenari ilə guya ermənilərin əzildiyi, haqlarının tapdalandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı, işğalçılıq siyasətinin əsası qoyulub.

Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə əvvəllər məhkum edilmiş Eduard Qriqoryan olduğunu sübut edir. E.Qriqoryan Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürüb. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi.
Sumqayıtda baş verən hadisələrdə Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən birgə hazırlanan təxribat qrupları əsas rol oynayıb. İğtişaşlar zamanı 32 nəfər, o cümlədən 6 Sumqayıt sakini həyatını itirib. Bu hadisənin hüquqi əsaslarla araşdırılması və cinayətin təşkialtçılarının məsuliyyətə cəlb olunması üçün dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən bu iş təkrar icraata götürülüb və istintaq aparılıb.

Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min nəfər idi və bunun təqribən 18 minini etnik ermənilər təşkil edirdi.

1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmayıb və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çoxkonfessiyalı xüsusiyyətini saxlamaqdadır.






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin