Azərbaycanda GMO məhsulların becərilmə həcmi ÇOXALIB – Kim nəzarət etməlidir? 

Hazırda oxunan: Azərbaycanda GMO məhsulların becərilmə həcmi ÇOXALIB – Kim nəzarət etməlidir? 

122807

“Yerli növ meyvə və tərəvəzin məhsuldarlığı yeni yaradılan sortlarla müqayisədə geri qalır. Ona görə də fermerlər çalışırlar ki, taxılçılıq, eləcə də meyvə-tərəvəzçilik üzrə daha çox müasir sortlar əksinlər. Yenilər xəstəliklərə, zərərvericilərə qarşı da davamlı olur”.

Bu barədə Bizim.Media-ya danışan AMEA Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru, biologiya üzrə fəlsəfə doktoru dosent Mehrac Abbasov yerli sortların qorunması məsələsinə toxunub: 

“Yerli sortların qorunması üçün Genetik Ehtiyatlar İnstitutu fəaliyyət göstərir. İnstitutun tərkibində Milli genbank şöbəsi var. 2003-cü ildə yaradılıb və hazırda orada 10 minə yaxın yerli sortların nümunəsi saxlanılır. 

Azərbaycanda olan bütün qədim yerli sortlar, xalq seleksiyası yolu ilə alınmış növlər toplanıb burda saxlanılır. Tərəvəz və taxıl bitkilərinin növləri xüsusi soyuducuda saxlanılır. Həmin sortlara aid toxumlar xüsusi qaydada hazırlanır və hər birindən 300 qrama qədər toxum saxlanılır. Meyvələri isə xüsusi dondurucu şəraitdə saxlamaq ümükün olmadığı üçün kolleksiya bağlarında saxlanılır. 

Məqsəd onlarda olan müsbət xüsusiyyətlərin itməsinə imkan verməməkdir”.

Yeni növlər necə yaradılır? 

Alim bildirib ki, indi daha çox hibrid üsulu ilə yeni növlər yaradılır: 

“Buğda üzrə yeni bir sort yaratmaq istəyiriksə, deyək ki, İtaliyadan gələn keyfiyyətli bir növ götürülür və Azərbaycan şəraitinə uyğunlaşdırılmaqla həmin məhsuldar sortla bizim qədim sort hibridləşdirilir və yeni sort alınır. Bütün dünyada, eləcə də Azərbaycanda yerli növlərin qorunması vacib hesab edilir. 
Müxtəlif ölkələrdə yerli sortlarə əkən fermerlərə dövlət tərəfindən ayrıca dəstək verilir. Çünki təkcə kolleksiyada saxlamaq kifayət deyil. Bizdə də bəzi fermerlər qədim sortların əkini ilə məşğul olurlar. 

Bundan başqa, orqanik kənd təsərrüfatı var ki, gübrədən, pestisidlərdən istifadə etmədən məhsul yetişdirilir. Bunlar da yerli sortların qorunması üçün bir yoldur.

Azərbaycanda bütün yerli taxıl sortlarının dövrüyyədən çıxdığını deyə bilmərəm. Çünki müasir seleksiya üsulu ilə yaradılan sortlar əvvəlki növlərdən istifadə yolu ilə yaradılıb. Amma meyvə-tərəvəz sahəsində vəziyyət bir qədər fərqlidir. Çünki xarici ölkələrdən çoxlu hibrid gəlir ki, onlar daha məhsuldar olurlar. Tərəvəzçilik İnstitutunda müxtəlif seleksiya işləri gedir. Onlar da yeni sortların yaradılmasında qədim sortlardan istifadə edirlər”.

Hibridləşmə yolu ilə yaranan meyvə-tərəvəz zərərlidirmi?

Müsahibimiz deyir ki, vaxtilə qədim sortlarımız da ya seçmə, ya da hibridləşdirmə yolu ilə alınıb:

“Hibridləşdirmə ilə genetik modifikasiya olunmanın əlaqəsi yoxdur. Azərbaycanda GMO məhsulların əkini və idxalı qadağandır. Bizim institutlarda bu metoddan istifadə olunmur”.  

Bəs nə üçün əvvəlki dad-tamı yoxdur?

Hazırki meyvə və tərəvəzin dad probleminə gəlincə, Mehrac müəllim bildirib ki, burada təkcə yeni sortun yaradılması yox, iqlim şəraiti, becərilmə xüsusiyyəti, verilən gübrələr, dərmanlar da rol oynayır: 

“Alimlər çalışırlar ki, daha çox qalan, daşınmaya davamlı olan növlər yetişdirsinlər. O zaman da ola bilsin ki, dadla bağlı xüsusiyyətlər arxa plana keçir. Əsas məqsəd bol məhsul yaratmaqdır. Amma orqanik məhsul yetişdirənlər əsas məhsulun dadının saxlanmasına üstünlük verirlər. Bu bitkiləri əldə etmək üçün isə xüsusi şərait lazımdır”.
Mütəxəssis sözünə və fikrinə böyük sayqımız var. Amma göz görən odur ki, hazırda rayonlarda əkilən əksər ağac və tərəvəzlər xaricdən ölkəmizə daxil olur, onların məhsuldarlığı və daşımaya davamlılığı sərf etsə də, insan oraqnizmi üçün çox təhlükəlidir. Bunu əkib-becərən fermerlərin özləri də etiraf edirlər.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin