“Müəllimlərin əməkhaqqının artımı daim hökumətin diqqətindədir və təhsilverənlərimizin orta əməkhhaqının artmasına nail ola bilmişik. Fevralın 1-dən etibarən dövlət ümumtəhsil müəssisələrində çalışan 25 %-dən çox müəllim 1000 manat və daha yuxarı əməkhaqqı alacaq”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, dövlət ümumtəhsil və peşə təhsil müəssisələrində çalışan müəllimlərin maaşları fevralın 1-dən etibarən orta hesabla 10 faiz artırılıb:
“Son 10 ildə müəllimlərin orta aylıq maaşı təxminən 3 dəfə artıb. Həmin müddət ərzində maaşları 267 manatdan 790 manata qədər artıb. 2026-ci ilə qədər müəllimlərin maaşının 910 manata çatdırılması nəzərdə tutulur. Sertifikasiyadan keçmiş müəllimlərin əməkhaqqına olunan əlavələr də var ki, faiz nisbəti ilə hesablayanda faktiki yüksək əməkhaqqı hesab olunur”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:26 / 27.02.2023
10 ildə müəllimlərin maaşı 3 dəfə ARTIB – NAZİR
Hazırda oxunan: 10 ildə müəllimlərin maaşı 3 dəfə ARTIB – NAZİR
Hazırda oxunan: 10 ildə müəllimlərin maaşı 3 dəfə ARTIB – NAZİR
122806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.