Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “maarifçi İslam” fikrini irəli sürən Fransa lideri Emmanuel Makrona öz psixikasını müalicə etməyi tövsiyə edib.
Bizim.Media RİA Novosti-yə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Kayseridəki çıxışı zamanı dilə gətirib.
O, deyib ki, Makronun ölkəsindəki milyonlarla müsəlmanla bu şəkildə davranması, hər şeydən əvvəl, öz ağlı üzərində nəzarəti itirməsi deməkdir: “ Makrona nə olub? Onun psixi müalicəyə ehtiyacı var”, deyə R.T.Ərdoğan söyləyib.
Xatırladaq ki, Fransa Prezidenti son çıxışlarından birində bildirib ki, “İslam separatizmi” ilə mübarizə aparmaq üçün sərt qanunlar qəbulunun vacib olduğunu söyləyib.
Bizim.Media