Pelosi çətin duruma düşdü: “Niyə Ukraynaya pul göndərirsiniz?” - VİDEO

Hazırda oxunan: Pelosi çətin duruma düşdü: “Niyə Ukraynaya pul göndərirsiniz?” - VİDEO

122774

Amerikalı siyasətçi Nensi Pelosi San-Fransisko şəhərində kafedə kameralara tuş gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Ona bir kişi yaxınlaşaraq belə sual verib:

"Bizə deyə bilərsinizmi, nəyə görə sizin doğma şəhərinizdə küçələrdə evsizlər olduğu halda Ukraynaya 150 milyard dollardan çox pul göndərirsiniz?”.
Xatırladaq ki, Nensi Patrisiya D'Alesandro Pelosi Demokratlar partiyasının nümayəndəsi kimi 1987-ci ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvüdür. O, 4 yanvar 2007-ci ildən 3 yanvar 2011-ci ilədək və 3 yanvar 2019-cu ildən 3 yanvar 2023-cü ilədək Nümayəndələr Palatasının sədri vəzifəsində çalışıb. ABŞ tarixində ilk qadın spiker kimi tarixə düşüb. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin