Twitter-də daha 200 nəfər işdən çıxarıldı

Hazırda oxunan: Twitter-də daha 200 nəfər işdən çıxarıldı

122764

İlon Maskın satın aldığı Twitter-də həftə sonu ən azı daha 200 nəfərin işdən çıxarıldığı öyrənilib. Mask şirkəti alanda işçilərin sayı 7500-dən 2000-ə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The New York Times” nəşri yayıb.

Mövzu ilə bağlı üç mənbə həftə sonu ən azı 200 nəfərin Twitter-dən uzaqlaşdırıldığını açıqlayıb.

Şirkətdə ixtisarlar işçilər arasında ünsiyyətin çətinləşməsindən bir həftə sonra baş verib. Şirkətdaxili mesajlaşma proqramı Slack ötən həftə işləməyib. İşçilər bir-biri ilə ünsiyyət qurmaqda çətinlik çəkiblər.

Bəzi işçilər şənbə gecəsi şirkətin e-poçtlarına və noutbuklarına daxil ola bilməyib. Onlar bazar günü səhər ixtisara düşdüklərini anlayıb.
İşdən çıxarılma əsasən süni intellekt üzərində işləyən mühəndislərə şamil edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin