Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 20 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 512 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 238 nəfər müalicə olunaraq sağalıb, 10 117 nəfər vəfat edib, aktiv xəstə sayı 157 nəfərdir.
Ölkədə son sutka ərzində 991, hazırkı dövrədək isə 7 522 178 test aparılıb.
Bizim.Media