"Qadınlar və uşaqlar zorakılığa məruz qalmamalıdır" - Bahar Muradova

Hazırda oxunan: "Qadınlar və uşaqlar zorakılığa məruz qalmamalıdır" - Bahar Muradova

122651

“Cəmiyyətimiz məişət zorakılığı məsələlərində vahid mövqe sərgiləməlidir”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Qurum sədrinin sözlərinə görə, qadınların məişət zorakılığına məruz qalması məsələlərində komitə digər əlaqədar dövlət qurumları ilə fəaliyyət həyata keçirir:

“Konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır. Əmin olun ki, dövlət orqanları bu kimi hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşəni vəzifəni yerinə yetirməyə çalışır.
Qadınlar və uşaqlar öz evində öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalı, onların həyatına qəsd edilməməlidir. Təəssüf ki, bu hədəfə çatmaq yolunda bir sıra maneələr var. Bu maneələri isə bir yerdə dəf etməyə çalışmalıyıq”, -deyə B.Muradova qeyd edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin