Kahramanmaraşda XIII əsrə aid abidə zəlzələdə dağılmayıb - FOTO-VİDEO

Hazırda oxunan: Kahramanmaraşda XIII əsrə aid abidə zəlzələdə dağılmayıb - FOTO-VİDEO

122604

Kahramanmaraşda XIII əsrə aid abidə salamat qalıb. Şəhərdə zəlzələ nəticəsində bir çox binalarda dağıntılar və fəsadlar baş versə də şəhərin 6 kilometr cənubunda yerləşən Malik Əjdər türbəsində dağıntı qeydə alınmayıb.

Bizim.Media-nın fəlakət zonasına ezam edilmiş əməkdaşı xəbər verir ki, tarixi abidədə heç bir dağıntı olmayıb.

Şəhərin ən qiymətli tarixi abidələrindən olan Malik Əjdər türbəsinin 1201-ci ildə inşa edildiyi ehtimal olunur.  

Türbə inşa olunan yüksəklikdən Kahramanmaraş şəhəri və ətraf yaşayış məntəqələri göründüyü üçün bura turistlərin ciddi marağına səbəb olur.

Onu da qeyd edək ki, Malik Əjdər islam dünyasının tanınmış sərkərdəsi və hz.Əlinin güvəndiyi şəxslərdən olub.



Elgün Gəncimsoy, Bizim.media, Türkiyə, Kahramanmaraş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin