Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi

Hazırda oxunan: Saakaşvili Gürcüstan müxalifətinə çağırış etdi

12256

Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili Gürcüstan müxalifətinə müraciət edib.

Bizim.Media xəbər verir ki, o, müxalif qüvvələri birləşməyə çağırıb.

 

MÖVZU İLƏ BAĞLI:

Gürcüstan hökuməti tam tərkibdə istefa verdi - YENİLƏNİB

​​​​​​​
Sabiq dövlət başçısı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın istefasını müxalifətin böyük qələbəsi adlandırıb.

M.Saakaşvili gürcü xalqının iradəsinin yerinə yetirilməsi və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün müxalifət partiyalarını daha böyük konsolidasiyaya dəvət edib.

Keçmiş dövlət başçısı qeyd edib ki, bu prosesə Gürcüstandakı diplomatik korpusun cəlb olunmasını vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin