Kahramanmaraşda duyğulu anlar yaşanıb.
Bizim.Media-nın hadisə yerində olan əməkdaşı məlumat verir ki, həkimlərimiz azyaşlı Ahmet Ersoya jest edib. Belə ki, qohumları ilə FHN-nin səhra hospitalına gələn Ahmet Ersoy Azərbaycanlı həkimlərdən su qabı qapaqlarının olub olmamasını soruşur. Həkimlər nə üçün axtardığını öyrənir. Maraqlı nüans üzə çıxır.
Məlum olur ki, kiçik Ahmet qapaqları toplamaqla yerimə məhdudiyyəti olan yaşlı nənəsinə əlil arabası almaq niyyətindədir.
Səhra hospitalında çalışan könüllü həkimlər uşağın arzusunu yerinə yetirir. Həkimlərimiz sonradan axtarın balaca Ahmeti tapırlar və əlil arabası alaraq ona təhvil verirlər.
Bizim.Media özəl olaraq həmin videonu təqdim edir.
Elgün Gəncimsoy, Bizim.Media, Türkiyə, Kahramanmaraş