Deputat ƏSƏBİLƏŞDİ – “Yollarda təmiri gecə aparın!”

Hazırda oxunan: Deputat ƏSƏBİLƏŞDİ – “Yollarda təmiri gecə aparın!”

122498

Yollarda yaranan tıxaclar Bakının sağalmaz yarasına çevrilib. Tıxaclar əsasən günün pik saatlarında, yol ayrıclarında müşahidə olunur. Avtomobillərin çoxluğu da tıxaclara səbəb olan amillərdədndir. Amma digər əsas səbəb gündüzlər yollarda aparılan təmir işləridir. Xarici ölkələrdə yollarda aparılan təmir işləri gecə saatlarında, küçələrdə maşınların az olduğu vaxtlarda aparılır. Azərbaycanda isə bunun əksidir. Hətta günlər və həftələrlə təmir gedən küçələrin bağlı qaldığının şahidi də olmuşuq. 

Belə bir problem bu gün Neftçilər prospektində baş verib.

Bizim.Media xəbər verir ki, məsələni millət vəkili Razi Nurullayev ictimailəşdirib. Deputat yollarda təmir işlərinin hansı saatda aparılması ilə bağlı təkliflə də çıxış edib:

“Yolların düzəldilməsi yaxşıdır. Amma, günün günorta çağı yox... Bir saatdır vacib görüşə tələsirəm, amma heç cür Neftçilər prospektinə çıxa bilmirəm. Yaxşı olar ki, yollarda gecə 12.00-dan səhər saat 6.00-ya kimi təmir aparılsın. Yoxsa, şəhər vətəndaşlarına yüzlərlə psixiatr tələb olunacaq”, - deyə deputat qeyd edib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsək də, zənglərimiz cavabsız qalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin