Nazir Qusarda müharibə veteranlarına baş çəkdi

Hazırda oxunan: Nazir Qusarda müharibə veteranlarına baş çəkdi

122491

Qusar rayon sakini 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçən və bu döyüşlərin birində yaralanaraq qazi olan İzəddin Rahmanovun atası Şair Rahmanov artıq öz dərzi dükanında müştərilərini qəbul edəcək. Özünüməşğulluq proqramına cəlb olunan Ş.Rahmanov üçün istəyinə uyğun olaraq dərzi sexi qurulub. İndi Şair Rahmanov bu sexdə yeni tikiş maşını və digər ləvazimatlarla daha keyfiyyətli və məhsuldar xidmət göstərəcək. 

Bizim.Media xəbər verir ki, Şair Rahmanovun sevincinə şərik olmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov sexdə olublar. Ona yaradılan şəraitlə tanışlıqdan sonra qazi ailəsinin başqa qayğıları ilə də maraqlanıblar.

Bundan sonra qonaqlar digər rayon sakin, müharibə veteranı Nazim Səlimxan oğlu Seyidova da baş çəkiblər. Özünüməşğulluq proqramı çərçivəsində müharibə veteranı üçün də yaradılan avtomobil şinlərinin bərpası və təmiri xidmətləri sexi ilə tanış olublar. 

Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra dövlət başçısının göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi həmin kateqoriyalara aid 122 min şəxsi əhatə edərək onlara sosial dəstək yönümlü 269 min xidmət göstərilib. 
Bu sosial dəstək paketi çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu da təmin edilib, o cümlədən 9,6 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin