Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkəsində baş vermiş dəhşətli zəlzələlərdən sonra göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
Bizim.Media xəbər verir ki, nazir bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
"Qardaşımız, əziz dostumuz Azərbaycan dəstəyi ilə, dərdimizə şərik olmaqla bizimlədir.
Kahramanmaraşdakı sahə xəstəxanalarından biri Azərbaycan tərəfindən yaradılıb.
Həkimlərimizə təşəkkür edirik", - deyə Koca qeyd edib.
Bizim.Media
Kardeşimiz, can dostumuz Azerbaycan desteği ve acımıza ortak oluşuyla yanımızda. Kahramanmaraş’taki Sahra Hastanelerinden biri Azerbaycan tarafından kuruldu. Hekimlerimizi, sağlık çalışanlarımızı aratmayan ekiplerine ayrıca teşekkür ederiz. pic.twitter.com/fc2dLZbYsh
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) February 24, 2023