Xırdalanda «zibil pulu» artırılıb - İDDİA

Hazırda oxunan: Xırdalanda «zibil pulu» artırılıb - İDDİA

12240

Abşeron rayonu Xırdalan şəhərində məişət tullantılarının yığılması və daşınması üçün əhalidən alınan tariflərin artırıldığı bildirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə yazıb. O qeyd edib ki, artıq şəhərdə adambaşına tələb edilən "zibilpulu" aylıq 50 qəpikdir:

 

MÖVZU İLƏ BAĞLI:

Bu məşhur zibil qutusundan yemək axtardı - FOTO


“Halbuki Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli Qərarına əsasən, adambaşına aylıq 30 qəpik olmalıdır".

"Xırdalanda hər sakindən 20 qəpik artıq pul yığılır. Yığım işini "JEK"lər həyata keçirir".

"Onların statusu isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir. Abşeron RİH məlumatına görə, rayonda ümumilikdə rəsmi olaraq 200 mindən, reallıqda isə 350 mindən çox əhali yaşayır. Adambaşı 20 qəpik artıq yığım ayda ən azı 40 min manat edir".

"Bu vəsait hara gedir və necə rəsmləşdirilir? Xırdalan camaatına müraciət edərək bildirmək istəyirəm ki, "zibilə" görə adambaşı 30 qəpikdən artıq pul verməyin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin