Hələ də zəlzələdən zərər çəkmiş kimi Qaziantepdə qeydiyyatda olan azərbaycanlı onun hesabına yatırılan 10 min lirəni geri qaytarıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri İHA agentliyi yayıb.
Azərbaycanlı Türkiyədə təhsilini başa vuraraq vətənə qayıtdığını, zəlzələdən zərər çəkmədiyini qeyd edib.
O, hesabından pulu çıxarıb, həqiqətən də xəsarət alanlara köçürməsini istəyib.
Bizim.Media