Ermənilər Şuşadan həyasızcasına oğurladıqları xalçaların sərgisini keçirməyə hazırlaşırlar.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında məlumat verib:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan sərgiyə Azərbaycan xalçalarını çıxaracaq - Nazirlik UNESCO-ya çağırış etdi
“Qaçırmayın. Fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda Şuşa Muzeyinin İrəvan sərgisi açılacaq. Sərgidə nümayiş etdiriləcək nümunələr noyabrın 1- də Şuşadan gətirilib. Sərgidəki ən qədim xalça 350 yaşındadır”.
Burada söhbət Vətən müharibəsi zamanı Şuşanı tərk edərkən ermənilərin oğurladıqları Qarabağ xalçalarından gedir.
Bu xalçaların hər bir kiçik ilməsi belə azərbaycanlılar tərəfindən toxunulub. Hər yerdən əlləri üzülən ermənilər isə indi “Arsax” adı altında saxta resublikanın adına layiq sərgi keçirirlər.
30 illik işğal zamanı Azərbaycanın məhv olunan tarixi irsi, abidələrinə biganə qalan UNESCO isə, azad olunan torpaqlarda olan “erməni abidələrini” yoxlamaq üçün qaranəfəs Azərbaycana müraciət yönləndirmişdi.
Bəs, indi UNESCO ağzına yenə niyə su alıb oturub?
Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi bu məsələ ilə bağlı UNESCO-ya müraciət ünvanlayıb.
Müraciətdə sərgiyə çıxarılacaq mədəniyyət nümunələrinin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağa məxsus milli irsə aid olduğu qeyd olunub və bunu ermənilərin növbəti oğurluğu və qeyri-qanuni mənimsəməsi adalndırılb.
Nazirlik Şuşa Xalça Muzeyindən qeyri-qanuni çıxarılan xalçaların sərgisinin nümayişkəranə keçirilməsini Ermənistanın bu sahədə tərəfdaş olduğu və öhdəlik götürdüyü beynəlxalq Konvensiyalara hörmətsizlik kimi qiymətləndirib, UNESCO tərəfindən təcili münasibət bildirilməsini tələb edib.
Vüsalə Balayeva, Bizim.Media