Azərbaycan karateçisi Nicat Kərimli (-75 kq) 23-26 Fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujeira şəhərində Karate1 Youth League turnirində gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, 21 yaşadək gənclər arasında bir-birinin ardınca Honq Konq, Şotlandiya və Ukraynalı idmançılara qalib gələn karateçimiz finalda misirili rəqibindən irəlidə olmasına baxmayaraq, qələbəni xal fərqi ilə əldən verib.
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən olan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparır.
Mötəbər yarışda 67 ölkədən 1169 idmançının iştirak edir. Turnirə klub və milli komandamızın üzvlərindən ibarət 27 nəfərlik heyət qatılıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
10:05 / 24.02.2023
Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO
Hazırda oxunan: Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO
Hazırda oxunan: Karateçimiz beynəlxalq turnirdə gümüş medal qazandı - FOTO
122263
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.