Türkiyədə zəlzələdən zərər çəkənləri daşıyan avtobus qəzaya uğrayıb.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, nəqliyyat vasitəsi kömürlə dolu yük maşınına çırpılıb.
Avtobus Hatayın İskəndərun və Antakya rayonlarında universitetə hazırlaşan zəlzələdən zərər çəkmiş abituriyentləri Konya Universitetinin yataqxanasına aparırmış.
Qəza nəticəsində müəllim və bir şagird həyatını itirib, 6 nəfər isə xəsarət alıb. Onlar Adana şəhərinin xəstəxalanarına yerləşdirilib.
Qeyd edilib ki, avtobusda 2-si sürücü və 2-si müəllim olmaqla 48 nəfər sərnişin olub.
Bizim.Media