İnsan kapitalının davamlı inkişafı Azərbaycandakı sosial-iqtisadi islahatların prioritetlərindəndir

Hazırda oxunan: İnsan kapitalının davamlı inkişafı Azərbaycandakı sosial-iqtisadi islahatların prioritetlərindəndir

122219

İnsan kapitalının davamlı inkişafının təmin edilməsi Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların əsas prioritetlərindən birini təşkil edir. 

Bizim.Media xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İnsan İnkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə vurğulanıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini, ölkəmizdə davamlı iqtisadi inkişaf prosesləri ilə paralel olaraq vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb. 
Xüsusilə son beş ildə 4 sosial islahat paketinin icra olunduğu, sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artıma nail olunduğu bildirilib. 

Bu dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyi qeyd olunub. Məşğulluq xidmətlərinin çeşidinin artırılması, peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin açılması sahələrində əldə olunan nailiyyətlər qeyd olunub. İşçi qüvvəsinin bacarıqlarının artırılması, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi tədbirləri diqqətə çatdırılıb. 

Dövlət başçısının sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sosial müdafiə sisteminin gücləndirilməsi və insan kapitalının, rəqabətqabiliyyətli kadr potensialının inkişaf etdirilməsinin prioritetlər sırasında olduğu qeyd olunub. 
Dünya Bankı ilə ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin əhəmiyyəti vurğulanıb. 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək məqsədi daşıyan həmin layihə üzrə bu günədək artıq 5,4 minədək işsiz şəxs üçün kiçik bizneslər yaradıldığı bildirilib. 

Görüşdə insan kapitalının inkişafı, “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrası, sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi, peşə hazırlığı sisteminin, sosial xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətlərdə görülən işlərə dair fikir mübadilələri aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin