İşğaldan azad olunmuş ərazilərdə 2 hava limanı fəaliyyət göstərir, 3-cüsü də Laçında tikilir

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə 2 hava limanı fəaliyyət göstərir, 3-cüsü də Laçında tikilir

122187

“Ölkəmizdə 8 beynəlxalq hava limanı mövcuddur, onların ikisi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərir.” 

Bizim.Media xəbər verir ki, bunu AZƏRTAC-a məxsusi müsahibəsində “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev bildirib. 

AZAL-ın birinci vitse-prezidenti qeyd edib ki, Qarabağda quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, 2021-ci ildə Qarabağın hava qapısı hesab olunan Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi və ötən ilin oktyabr ayında Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu.

Bu hava limanlarında yaradılan şərait öz növbəsində beynəlxalq standartlara uyğun olaraq uçuşların həyata keçirilməsinə imkan verir. 

Samir Rzayevin sözlərinə görə, bu hava limanları bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul etmək iqtidarındadır. Eyni zamanda, ölkə üzrə 9-cu, azad edilmiş torpaqlarda 3-cü aeroport olacaq Laçın Beynəlxalq Hava Limanı da tikilməkdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin