Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev xəstəxanadan evə buraxılıb.
Bizim.Media xəbər verir ki, qəhrəmanımızın dostları və jurnalistlər onu evində ziyarət ediblər.
Bu barədə görüntülər teleqram kanallarında yayılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Vasif Tağıyevi 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
Xatırladaq ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı silahlı hücum olub. Diplomatik korpusa hücum edən terrorçu Yasin Hüseynzadənin zərərsizləşdirilməsində Vasif Tağıyev xüsusi qəhrəmanlıq göstərib.
Bizim.Media