Tacikistanda daha bir zəlzələ OLDU - YENİLƏNİB

Hazırda oxunan: Tacikistanda daha bir zəlzələ OLDU - YENİLƏNİB

122082

Tacikistanda daha bir zəlzələ baş verib.

Bizim.Media “MİR”ə istinadən xəbər verir ki, yeraltı təkanlar Sarez gölü rayonu ərazisində baş verib.

Zəlzələnin maqnitudası 5 olub.

11.14***

Tacikistanda Çinlə sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Çin Seysmoloji Mərkəzi yayıb.

Zəlzələ Pekin vaxtı ilə saat 8:37-də (4:37) Çinin Sincan-Uyğur Muxtar Rayonu ilə sərhədindən təxminən 82 km aralıda, 10 km dərinlikdə qeydə alınıb.

Çin mediası zəlzələnin Sincanda bir sıra yaşayış məntəqələrində güclü hiss edildiyini yazıb. Zəlzələnin episentrindən 300 km məsafədə 10 iri və orta şəhər var, ən yaxını isə episentrdən təxminən 160 km aralıda yerləşən Xoroqdur.

Mümkün tələfat barədə məlumat verilmir.

Bundan əvvəl Özbəkistanın Seysmik Proqnozlaşdırma Monitorinq Mərkəzi Tacikistanda 5,8 bal gücündə üç yeraltı təkan olduğunu bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin