Azərbaycanın növbəti heyəti zəlzələ bölgəsinə YOLA DÜŞDÜ

Hazırda oxunan: Azərbaycanın növbəti heyəti zəlzələ bölgəsinə YOLA DÜŞDÜ

122072

Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş şəxslərə kömək etmək məqsədi ilə Türkiyəyə yola düşüblər.

Bizim.Media xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Böyük Qayıdış” könüllüləri və “Ekokönüllülər” təşkilatlarının üzvləri, eyni zamanda Naxçıvan Gənclər Fondunun "Naxçıvan Könüllüləri"ndən ibarət 60 nəfərlik heyət Türkiyəyə yola salınıb.

Azərbaycan könüllüləri zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində kömək edəcəklər.

Qeyd edək ki, daha öncə fevralın 11-də 100 nəfərdən ibarət könüllü gənc də Türkiyəyə yola salınmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin