Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı layihəsi Prezidentə TƏQDİM EDİLƏCƏK 

Hazırda oxunan: Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı layihəsi Prezidentə TƏQDİM EDİLƏCƏK 

122000

Fevralın 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

İclasda dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində 2022-ci il ərzində görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib. 

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində ötən il görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.

Komissiyanın fəaliyyəti dövründə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində əmək müqaviləsi bildirişlərinin sayının 37 faiz artdığı vurğulanıb. 

İclasda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Komissiyanın Qanunvericilik və idarəetmə üzrə işçi qrupunun rəhbəri Anar Əliyevin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, Qeyri-formal məşğulluq nəticəsində yaranan gəlirlərin gizlədilməsinin səbəblərinin araşdırılması üzrə İşçi qrupun rəhbəri İlkin Vəliyevin və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun məruzələri dinlənilib. 
Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehtiyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və digərləri çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər. 

“Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar dövlət başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub. 

Komissiyanın sədri tərəfindən ölkəmizdə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində qarşıda duran vəzifələrin icrasına dair tapşırıqlar verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin