Səfir: "Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli ola bilər”

Hazırda oxunan: Səfir: "Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli ola bilər”

121938

“Almaniya və Fransa arasında imzalanan Yelisey müqaviləsi Azərbaycanla Ermənistan arasında sülh modeli kimi istifadə oluna bilər”.

Bizim.Media xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman tviterdə yazıb.

O, bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon ilə birlikdə Bakıdakı Fransa liseyində olduqlarını və tələbələrlə görüşdüklərini bildirib.

Qeyd edək ki, 1963-cü il yanvarın 22-də Fransa və Almaniya arasında Parisdəki Yelisey sarayında prezident Şarl de Qoll və kansler Konrad Adenauer tərəfindən imzalanıb. Bu müqavilənin imzalanması ilə iki dövlət arasında əsrlər boyu davam edən qarşıdurma başa çatıb. Yelisey müqaviləsi Fransa ilə Almaniya arasında yeni münasibətlərin təməlini qoyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin