Bakının Xəzər rayonunda yük avtomobili azyaşlını vurub.
Hadisə az öncə Türkan qəsəbəsi Ağaxan Abdullayev adına mərkəzi küçədə, D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Bu barədə Bizim.Media-ya Türkan qəsəbə sakinləri məlumat verib. Bildirdiklərinə görə məktəbəqədər hazırlıq sinfində təhsil alan 5 yaşlı Cahid İlkin oğlu Rzabalazadə məktəbin qarşısındakı piyada keçidini keçərkən şirkətə məxsus yük avtomobili azyaşlını vurub.
Ciddi xəsarətlər alan azyaşlı 3 saylı Şəhər Klinik Xəstəxanasının (Sabunçu - red.) reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Verilən məlumata görə, yük avtomobili məktəbin divarına çırpılıb. Tədris ocağının divarının dağıldığı deyilir.
Alçina Amilqızı, Bizim.Media